SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 min 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Yoluxma hallarına görə dünyada ilk sırada elə ABŞ qərarlaşıb. Bu ölkədə 764 min 265 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 40 min 565 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 198 min 674 yoluxma və 20 min 453 ölüm.

Sağalanların sayına görə ilk pillədə Almaniya qərarlaşıb. 145 min 742 yoluxan şəxsdən 88 min nəfəri sağalıb.

BAKU.WS