SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefaya getdiyini açıqlayıb.

BAKU.WS məlumat verir ki, Süleyman Soylu bu barədə az öncə özünün Twitter hesabında yazıb.

"Şənbə və bazar küçəyə çıxma qərarı mənə məxsus idi. Daha əvvəl yaşadığım təcrübəyə görə küçələrdə yaşanan mənzərə ortaya çıxmamalı idi. Bu mənzərə daha əvvəl virusla bağlı mükəmməl təşkilati işlərə kölgəyə saldı. Yaşanan olay səbəbindən heç zaman zərər verməyi düşünmədiyim millətim və ömrümün sonunadək sadiq qalacağım prezidentimiz Ərdoğandan üzr istəyirəm", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Türkiyənin 31 rayonunda koronavirusa görə, bu şənbə və bazar günləri küçəyə çıxma qadağası tətbiq edilməsinə qərar verilmişdi. Bunu eşidən insanlar mağazalara axın edərək ərzaq, çörək almaq üçün uzun növbələr yaratmışdılar.

BAKU.WS
QALEREYA