SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə 108 nəfərin ölümü ilə nəticələnən COVID-19 virusuna qarşı mübarizə məqsədilə İstanbul valisi Əli Yerlikaya şəhər sakinlərinə müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə "haberler.com" portalı məlumat yayıb.

İstanbul valisi müraciəti zamanı şəhər sakinlərindən 48 saat ərzində evlərini tərk etməmələrini istəyib.

"Meydanlarımızı quşlara və sahilimizi isə qağayılara buraxmışıq. Bu gözəllikləri doyunca yaşamaq və sevdiklərimizlə bölüşmək üçün 48 saat evinizi tərk etməyin", - deyə Əli Yerlikaya "Twitter" hesabında qeyd edib.

BAKU.WS