SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronavirusa yoluxanların sayı 10827 nəfərə çatıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

“Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 nəfəri itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 xəstə sağaldı, 725 nəfər reanimasiyadadır”, - nazir “Twitter” hesabında yazıb.

BAKU.WS