SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Koreyada 91 sakin müalicədən sonra yenidən koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, sakinlər sağaldıqdan sonra karantinə alınıb. Həkimlər daha sonra vücudda virusun olub-olmamasını yenidən yoxlayıblar. Əfsuslar olsun ki, təhlillərin nəticəsi müsbət çıxıb.

Alimlər daha dəqiq təhlillər aparmaq üçün bu vətəndaşların ağciyərlərindən hüceyrələr götürüblər. Elm adamları yenidən yoluxmuş bir insanın bədəninin koronavirusa qarşı antikor istehsal edə biləcəyini öyrənmək istəyirlər.

Bundan əlavə, mütəxəssislər oxşar antikor tapanların infeksiyanı digər insanlara ötürə biləcəyini müəyyənləşdirməyi planlaşdırırlar.

Aprelin 10-na olan məlumata görə, Cənubi Koreyada 10 min 440 koronavirus infeksiyasına yoluxma baş verib. Eyni zamanda, 7 mindən çox insan sağalıb.

BAKU.WS