COVID-19 yayda yox olacaq? - Alimlər dəqiq cavab verdilər

COVID-19 yayda yox olacaq?  - Alimlər dəqiq cavab verdilər
Sosial 3879

COVID-19 virusu dünyaya yayılmaqda davam edir və pandemiyanın yayda qurtaracağını gözləmək düzgün olmazdı.

BAKU.WS xəbər verir ki, bu iddia ilə koronavirusa ən çox yoluxmuş ölkə olan Birləşmiş Ştatlarının alimləri çıxış ediblər.

ABŞ Milli Elmlər Akademiyasının üzvləri Ağ Evə göndərdikləri məktubda koronavirusun çöldə isti olarkən sadəcə yox olacağına ümid etməyin doğru olmadığını qeyd ediblər. Alimlərin fikrincə, COVID-19 infeksiyası ilə mübarizə aparmaq üçün səhiyyə sahəsində ciddi tədbirlər görülməlidir.

Koronavirusun effektivliyi azalarsa belə dünyada insanlar COVID-19 virusunu bir-birinə ötürməkdə davam edəcəklər.

Bir sıra epidemioloqların fikrincə, koronavirus yalnız insanların kollektiv toxunulmazlığı inkişaf edərsə, dayandırılacaq. Bunun üçün (müxtəlif mənbələrə görə) insanların 70%-dən 95%-ə qədər xəstələnməsi lazımdır.

Oxşar xəbərlər

Koronavirusu ilk dəfə aşkar edən həkim: Əgər belə olacağını bilsəydim...

Koronavirusu ilk dəfə aşkar edən həkim: Əgər belə olacağını bilsəydim...

Çinin "Jenu" jurnalı yeni koronavirus infeksiyasının yayılmağa başladığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdirinin məqaləsini dərc edib....

39720 Sosial 11:58 03 aprel 2020

Son xəbərlər