SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı 1,2 milyonu ötüb.

BAKU.WS xəbər verir ki, koronavirusdan sağalanların sayı 246 min 648 nəfər təşkil edir.

Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb. Ölkədə COVID-19 virusuna yoluxanların sayı 311 min nəfər təşkil edir. ABŞ-da koronavirus qurbanları isə 8 min 400 nəfərdən çoxdur.

Koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə qurbanların sayı 15 mini ötüb.

Ən çox sağalanlar da digər Avropa ölkəsi olan İspaniyada qeydə alınıb. Virusa yoluxmuş 34 mindən çox insan sağalmağı bacarıb.

BAKU.WS