Rusiyada azərbaycanlı 44 min maska alıb yerli sakinlərə paylayıb - FOTO/VİDEO
Rusiyanın Orenburq vilayətində yerləşən Qay şəhərində azərbaycanlı iş adamı İlyas Məmmədov 44 min tibbi maska alaraq onları təmənnasız yerli əhaliyə paylayıb.
BAKU.WS xəbər verir ki, azərbaycanlı biznesmen martın 28-də maskaların yerli sakinlərə paylanılmasında şəxsən iştirak edib və onlardan necə istifadə olunacağını izah edib.
İş adamı hesab edir ki, virus infeksiyasına yalnız zəruri qaydalara riayət etməklə qalib gəlmək olar: "Maskalar, əlləri yumaq, hər kəsin sağlamlığı üçün məsuliyyət. Karantin qaydalarına tam şəkildə riayət olunmalıdır. Tövsiyələrə əməl etmək lazımdır. Boş bir ümidlə özünüzə təskinlik verməyin. İnanıram ki, şəhərimizdə hər şey yaxşı olacaq. Gəlin koronavirusa qarşı mübarizədə birləşək".
Qalereya
Oxşar xəbərlər
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 150-dən çox ölkədə rast gəli...