SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz COVID-19 virusuna yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Şahzadə Çarlzın koronavirusla bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Onun xanımı Kamillada analizlərin cavabı mənfi olub. 

Qeyd edək ki, şahzadə Çarlz hazırda həkim nəzarətində olmaqla Şotlandiyadakı evində karantinə alınıb. 

BAKU.WS