SİZİN REKLAM BURADA!
055 213 76 73


"Formula-1" üzrə daha 3 Qran-pri baş tutmayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Niderland, İspaniya və Monako Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub.

Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.

BAKU.WS