SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusun omikron ştammının yeni variantı olan "EG.5" dünyada sürətlə yayılmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qurumun saytında dərc olunan hesabatda bildirilir ki, "EG.5" virusu amin turşusu profilinə malikdir.

Avqustun 7-nə kimi 51 ölkədən 7354 nəfərdə "EG.5" virusu aşkarlanıb. Bunların böyük hissəsi Çində (30,6%) qeydə alınıb.

Məlumat üçün bildirək ki, aprel-avqust aylarında Rusiyada koronavirusun yeni variantına artıq 17 yoluxma halı aşkar edilib.

BAKU.WS