SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə strategiyasını seçib, bəzi ölkələr isə kütləvi yoluxma ilə vətəndaşlar arasında immunitet yaratmaq strategiyasını seçiblər”.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Həkim bildirib ki, riyazi hesablamalara görə, ikinci, yəni kütləvi yoluxma ilə immunitet formalaşdırılması strategiyasını seçənlərdə ölüm sayı çox oldu:

“Məhz buna görə, peyvəndlənmə strategiyası daha üstün hesab olunur. Modifikasiya olunmuş peyvəndlərlə də vaksinasiya olunduqdan sonra bu gün demək olmaz ki, bu proses hansı yaş qrupu aralığında şəxslərə şamil ediləcək. Belə ki, “Omikron” ştammının hansı istiqamət üzrə inkişaf edəcəyini biz ilkin elmi araşdırmalar nəticəsində bilə bilirik. Amma ola bilər ki, “Omikron” ştammı sonuncu ştamm olsun və bununla da hər şeyə son qoyulsun. Belə olsa, pandemiya bitəcək və heç modifikasiya olunmuş peyvəndlərə də ehtiyac qalmayacaq.

Amma bütün bunların fonunda heç kim inkar edə bilməz ki, başqa ştammlar da meydana gələ bilər. Ona görə biz bu günlə yaşamalıyıq və növbəti dalğaya səbəb olacaq ştamma qarşı effektiv peyvəndlərlə vaksinasiya olunmaq bizi vəziyyətdən çıxara biləcək”.

Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq. İnsanların modifikasiya olunmuş peyvəndlərlə (“Omikron” ştammına effektiv təsir etmək üçün dəyişiklik ediləcək mRNT peyvəndləri) mart ayından sonra vaksinasiyaya cəlb olunması virusa qarşı çox güclü və geniş immunitet yarada bilər ki, bu da yay aylarını normal keçirtmək deməkdir.

N.Abdullayevin sözlərinə görə, Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyət digər ölkələrlə müqayisədə yaxşıdır:

“Bir çox ölkələr də pandemiya ilə bağlı yarana biləcək hər hansı problem mütləq deyil ki, Azərbaycanda da yaranacaq. Əgər ağır xəstələndirmə qabiliyyəti gözlənildiyi kimi aşağı düşərsə və virus zəifləyərsə, məsafə saxlamaq, maska taxmaq və s. kimi qoruyucu üsullar peyvənd olunmayanlara görə tətbiq ediləcək, amma bu, onların ölümlə təhlükədə olmaqları demək deyil. Mən düşünürəm ki, Azərbaycanda artıq endemik (pandemiyadan fərqli olaraq yoluxmalar məhdud populyasiyada və məhdud regionda baş verir ki, burada da artıq yoluxma sayları azalaraq müəyyən formada stabil qalır) vəziyyətə keçid başlayıb. Sadəcə Azərbaycanda indiki mərhələ üçün önəmli olan strategiya tətbiq edilməlidir. Bir də düşünün endemik vəziyyətə keçiddən sonra müəyyən dalğa müşahidə edilə bilər. Buna “Omikron” səbəb olacaqsa, artıq immunitet qazanmış insanlarımıza “Omikron”a qarşı modifikasiya olunmuş peyvəndlərin tətbiqi insanlarda güclü immunitet yarada bilər. Bu çox önəmli faktordur və o deməkdir ki, Azərbaycanda heç bir ağırlaşmaya səbəb olacaq yoluxmaya rast gəlinməyəcək.

Belə ki, Avropa ölkələrində görülən tədbirlər “Omikron” ştammının səbəb olacağı dalğaya qədər olan məsafənin uzadılması, modifikasiya olunmuş peyvəndlərin hazırlanması, dalğa yaranmamışdan peyvəndlərin tətbiqi endemik vəziyyətə keçid ola bilər. Azərbaycanda isə artıq düşünürəm ki, o vəziyyətə keçilib və bundan sonrakı strategiyanın da doğru tətbiqi ağır halların kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq”.

BAKU.WS
VİDEO