SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mövcud vaksinlərin gücsüz olduğu koronavirusun yeni, daha təhlükəli ştamının yaranma ehtimalı kifayət qədər realdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən “Globsek-2022” təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

“Vaksinlərin təsir etmədiyi yeni, daha virulent ştamın meydana gəlməsi təhlükəsi qalmaqdadır”, - o deyib.

T.Gebreyesus vurğulayıb ki, ÜST bəzi regionlardakı tendensiyalardan narahatdır. Belə ki, hazırda Afrika, Qərbi Sakit Okean regionunda COVID-lə əlaqəli ölüm halları artmaqdadır. Amerika qitəsində isə həm yoluxma, həm də ölüm sayında artım var.

ÜST-ün Baş direktoru yeni virusun necə inkişaf edəcəyini deməyin çətin olduğunu söyləyib.

BAKU.WS