SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya ölkələrində koronavirus pandemiyasının artıq 19 aydır davam etməsinə baxmayaraq, bəzi ölkələrdə COVID vaksinasiyaya hələ də start verilməyib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən ənənəvi brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, hazırda yalnız üç ölkə vaksinasiya prosesindən kənarda qalıb.

Bunlar Burundi, Eritreya və Şimali Koreyadır.

BAKU.WS