SİZİN REKLAM BURADA!
055 213 76 73


Finlandiya parlamenti ölkədə koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar 15 regionda restoran və barların fəaliyyətinin üç həftə müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edib.

Oxu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhdudiyyətlərin tətbiq olunacağı restoran və barlar yalnız onlayn sifarişləri qəbul edəcək.

Xatırladaq ki, Finlandiyada martın 1-də koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbilə fövqəladə vəziyyət elan olunub.

BAKU.WS