SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb.

BAKU.WS “tert.am”a istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib.
Yeni qərara görə, Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.

“Belə bir şəraitdə fövqəladə vəziyyət rejimini uzatmaq məcburiyyətində qalırıq. Ancaq ciddi məhdudiyyətlər tətbiq etmək fikrində deyilik”, - deyə iclasdan sonra bəyanat verilib.

Bildirilib ki, Ermənistanda yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə olması ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına səbəb olub.

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub.

BAKU.WS