SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ölkə ictimaiyətini narahat edən əsas mövzulardan biri də rayonlara gediş-gəlişin bərpa olunmasıdır. İstərdim ki, bu xoş xəbəri vətəndaşlarımıza çatdırım”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, öz də bu xəbərin verilməsində maraqlıdır:

“Səmimi etiraf edim ki, mən öz atamı axırıncı dəfə mart ayının 13-də görmüşəm. O, Gəncə şəhərində yaşayır. Mən də Bakıda yaşayıram. Biz axırıncı dəfə mart ayının 13-də övladımın ad günündə görüşmüşük. Biz də istərdik rayonlara gediş-gəliş olsun, öz valideynlərimizi görək”.

BAKU.WS