SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku Tv komandası bu həftə Lənkaranın Boladi adlanan kəndinə üz tutub.

Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10.000 əhalisi olan kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub. Amma buna baxmayaraq kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var.

Qəribəsi budur ki, Baku.Tv komandası kəndə çatdığı zaman yol kənarında dayanan qadınlar bu kəndin təhlükəli olduğunu, ora getməyi məqsədə uyğun hesab etməyiblər.
Ətraflı BakuTv-nin xüsusi buraxılışında baxa bilərsiniz.

Videonu təqdim edirik :

BAKU.WS
VİDEO