Azərbaycan və İtaliya COVID-19-a qarşı mübarizədə əməkdaşlıq edəcək

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində Azərbaycan və İtaliya arasında əməkdaşlıq başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb:
“İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında keçirilən görüşdən bir neçə gün sonra, İtaliyanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru Cüzeppe İppolito və koronavirusla mübarizədə Azərbaycanın əsas aparıcı mütəxəssisləri arasında yüksək səviyyədə əməkdaşlıq başlayıb. Hamının xeyrinə olan ən yaxşı İtaliya təcrübəsi”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
