SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı səs-küyə səbəb olan Quba səfərindən danışıb.

BAKU.WS xəbər verir ki, ÜST rəsmisi Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində ötən həftə gündəm olmuş "İnstagram"da paylaşdığı fotosu ilə bağlı bir daha açıqlama verib:

“Həmin gün altıncı gün idi və rayonda qadağa yox idi. Həm də mən insanların arasında deyildim”.

Xatırladaq ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı "İnstagram" hesabında Quba və Qusar rayonlarına səfər edərkən çəkdirdiyi fotoları paylaşmışdı. Sözügedən fotolarda Hande xanımın maskasız olması, eləcə də sərt karantin rejimində Bakıdan rayona getməsi əhalidə narazılıq yaranmışdı.

 

BAKU.WS
VİDEO