Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
“Əziz vətəndaşlar!
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir.
Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!
Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz.
İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkini nümayiş etdirərəcəksiniz.
Bir daha təşəkkür edirik!”, - deyə təşəkkürdə bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...