SİZİN REKLAM BURADA!
055 213 76 73


İTV Azərbaycan koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanaların birindən reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin müdiri, həkim-reanimatoloq Gülarə Abbasova may ayından reanimasiyaya yerləşdirilən xəstələrin sayının artdığını bildirib:

“Xəstəxanaya gətirilənlərin hamısı ağır vəziyyətdə olur. İnsanlar qorxurlar, həkimə müraciət etmirlər ki, bütün ailəni karantinə apararlar. Virusla evdə mübarizə aparmaq istəyirlər. Ona görə də həkimə çox gec gəlirlər. Biz iki gün əvvəl 40 yaşlı xəstəmizi itirdik. Bu xəstəlik artıq yaşa baxmır. İmmun plazma köçürülən 1 xəstəmizin həyatı xilas edilib, digər iki xəstəmizi isə itirmişik”.

Qeyd edək ki, Azərbaycanda son günlər karantin qaydalarının yumşaldılması xəstələrin sayının artmasına səbəb olub, artıq ölkədə bu səbəbdən 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Aysel
BAKU.WS
VİDEO