SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial müdafiəyə ehtiyacı olanlara ayrılmış 190 manatın yenidən verilməsilə bağlı suallar meydana çıxır.
BAKU.WS xəbər verir ki, məsələyə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı münasibət bildirib.

“Bu qərar uzun müddətli qapanma ilə əlaqədar iş yerlərinin məhdudlaşdırılması zamanı qəbul edilmişdi. Lakin hazırda bütün iş yerləri işləyir.

Yalnız bayram günləri və həftə sonları iş yerləri çalışmır. Bundan irəli gələrək bu məsələ gündəmdə deyil”, - deyə Ramin Bayramlı qeyd edib.

BAKU.WS
VİDEO