Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa qalib gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə o sosial şəbəkədə açıqlama verib.

“Allah qalib elədi. Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”.

O bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir: “Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadəyə davam edirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu virusdan vəfat edib.

BAKU.WS
QALEREYA