SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Yoluxma halları Yasamal rayonunda 16 faiz təşkil edib. Nəsimi rayonunda 14,8 faiz, Sabunçu rayonunda 13,8 faiz, Nərimanov rayonunda 11,3 faiz, Binəqədi rayonunda 10,6 faiz, Xətai rayonunda 9,4 faiz, Qaradağ rayonunda 8,4 faiz yoluxma halları qeydə alınıb.

Bundan başqa, paytaxtın digər rayonlarında yoluxma halları 5 faizdən aşağı olub. Bunlar Suraxanı, Nizami, Pirallahı, Xəzər və Səbail rayonlarıdır”, - deyə qurum rəsmisi açıqlayıb.

Qeyd edək ki, bu statistikaya ötən həftənin də nəticələri əlavə edilib.

BAKU.WS