SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusla mübarizədə sərt karantin rejimi tətbiq edilsə də, əksər ölkələr artıq mərhələli şəkildə çıxş yolunu tətbiq etməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barərə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda da karantin rejimindən mərhələli çıxış yolu hazırlanıb tətbiq edilməkdədir. 

Bununla belə Ramin Bayramlı təhlükənin sovuşmadığını qeyd edib. "Karantin rejimi yumşaldılsa da, ən çətin mərhələ qabaqdadır. Vaksinasiya problemi həll olunmayana qədər koronavirusa etinadsız yanaşmaq olmaz. Əks halda simtomsuz yoluxmanın artması baş verə bilər.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, əgər yoluxma yenidən artarsa xüsusi karantin rejiminə yenidən qayıdıla bilər.

BAKU.WS