SİZİN REKLAM BURADA!
055 213 76 73


DJ Çina (Çingiz Mustafayev) sevənlərini dəhşətə gətirəcək paylaşım edib.

BAKU.WS xəbər verir ki, insanları karantin rejiminə əməl etməyə çağırmaq üçün sosial şəbəkədə belə bir status paylaşıb:

"Haqqınızı halal edin! ‪Kədərlənərək qeyd edəcəm ki, bu gün Covid-19 testi etdirdim və saat 6-dan sonra pozitiv olduğu bildirildi.‪ İndi artıq xəstəxanada karantin altındayam. Əlbəttə, çalışacam, mümkün qədər tez-tez vəziyyətim ilə bağlı narahat olanları məlumatlandırım.

Bəlkə, uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!"‪

Dj bu sözlərinə ara verdikdən sonra evdə qal çağırışını edib: "Belə bir paylaşım etməmək üçün evdə qalın".

Musiqiçinin #evdəqal çağırışı yanlış anlaşılıb və hər kəs onun koronavirusa tutulduğunu düşünərək təəssüf və kədər hissi keçirib.

 

Aysel
BAKU.WS