SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

BAKU.WS yenisabahaz-a istinadən xəbər verir ki, bu çətin anlarda ölkə başçısının çağırışına ölkəmizin biznes strukturları həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılıb.

Yenisabah.az fondun hesabına fiziki şəxslərdən daxil olan 10 ən yüksək məbləği təqdim edir:

1. Nisanov God - 2 000 000

2. Həsənov Müşviq İsgəndər oğlu -180 000

3. Əliyev İlham Heydər oğlu - 126 900

4. Əliyeva Mehriban Arif qızı - 101 700

5. Heydərov Şamil Hilal oğlu - 100 000

6. Paşayev Mircəlal Hafiz oğlu - 100 000

7. Paşayev Cəlal Aqil oğlu - 100 000

8. Cavad Əlimurad Marandi - 100 000

9. Sadıqov Rəşad Fərhad oğlu - 50 000

10. Abutalıbov Hacıbala İbrahim oğlu - 37 200

Qeyd edək ki, indiyədək Fonda 91 milyon 230 min 152 manat‬ daxil olub.

BAKU.WS