DİN-dən Azərbaycanda küçəyə çıxma qadağası xəbərlərinə - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların küçələrdə hərəkətinin qadağan edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada bunlar qeyd edilib:
“Sosial şəbəkələrdə yayılan bu məlumatda qeyd edilir ki, guya martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir”.
Qalereya
Oxşar xəbərlər
Polis qadağa ilə bağlı Bakıda hərəkətə keçdi: Bütün yollar və prospektlərdə...- VİDEO
Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun g...