Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”

27
mar
2020
10:51
"Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.
Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:
"99 nəfər barəsində konkret tədbirlər görülüb”.
Oxşar xəbərlər
Azərbaycanda karantin rejimini pozan 746 nəfər inzibati məsuliyyətə cəlb olunub
Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. BAKU.WS Operativ Qərargaha istinadən xəbər verir ki, iclasda xüsu...
