SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Milli aviadaşıyıcısı AZAL martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyyə olunması üçün daha bir çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Antalya - Bakı reysi ilə 107 nəfər sərnişin Türkiyənin üç şəhərindən - Antalya, Alanya və İzmirdən təxliyyə olunub. Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

BAKU.WS