VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə  AZAL-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaq.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək. Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb.

“Qaynar xətt”in nömrəsi: +90 537 282 67 40

BAKU.WS