SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 935 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 99, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 961 812, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 902, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 949, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 165 nəfər təşkil edir.

BAKU.WS