Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 40, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 772 531, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 356 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 311 443, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 713 nəfər təşkil edir.

Oxşar xəbərlər
Ölkədə peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada 1 457 nəfər vaksinasiya olunub. BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ər...