DÇ-2026: II turun oyunlarına start verilir

DÇ-2026: II turun oyunlarına start verilir
İdman 60

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin II turunun oyunlarına start veriləcək.

BAKU.WS xəbər verir ki, A qrupunda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da Atlanta stadionunda keçiriləcək. Oyunu ABŞ-dan olan baş hakim Tori Penso idarə edəcək.

Qrupun digər matçında isə Meksika yığması Cənubi Koreya ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 19-da saat 05:00-da Qvadalaxara stadionunda baş tutacaq. Oyunun baş hakimi Uruqvay təmsilçisi Qustavo Texera olacaq.

B qrupunda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq. Matç bu gün saat 23:00-da Los-Anceles stadionunda keçiriləcək. Görüşü Portuqaliyadan olan baş hakim Juan Pineyru idarə edəcək.

Qrupun digər oyununda Kanada yığması Qətərlə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma iyunun 19-da saat 02:00-da Vankuver şəhərində yerləşən "BC Place" stadionunda keçiriləcək. Baş hakim Çilidən Kristian Qaray olacaq.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026

18 iyun

A qrupu

II tur

20:00. Çexiya - Cənubi Afrika Respublikası

Baş hakim: Tori Penso (ABŞ).

Atlanta stadionu

19 iyun

05:00. Meksika - Cənubi Koreya

Baş hakim: Qustavo Texera (Uruqvay).

Qvadalxara stadionu

1. Meksika 1 1 0 0 2-0 3

2. Cənubi Koreya 1 1 0 0 2-1 3

3. Çexiya 1 0 0 1 1-2 0

4. CAR 1 0 0 1 0-2 0

B qrupu

18 iyun

23:00. İsveçrə - Bosniya və Herseqovina

Baş hakim: Juan Pineyru (Portuqaliya).

Los-Anceles stadionu

19 iyun

02:00. Kanada - Qətər

Baş hakim: Kristian Qaray (Çili).

Vankuver, "BC Place" stadionu

1. İsveçrə 1 0 1 0 1-1 1

2. Kanada 1 0 1 0 1-1 1

3. Qətər 1 0 1 0 1-1 1

4. Bosniya və Herseqovina 1 0 1 0 1-1 1

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər