SİZİN REKLAM BURADA!
055 213 76 73


“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

O bildirib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir: “Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır. COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər.

Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

BAKU.WS