Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşdı

Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşdı
Sosial 1979

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti daha da ağırlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə “modern.az”a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib: “Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu.

Daxili orqanlarında qanaxma başladığı üçün oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.

Oxşar xəbərlər

Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar

Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar. BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Elnur Əşrəfoğlunun həyat yoldaş...

696 Sosial 12:14 11 oktyabr 2021

Son xəbərlər