SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:

“COVID-19-un "mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".

BAKU.WS