SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

BAKU.WS