SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 580 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 638 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 389, ötən müddət ərzində isə ümumilikdə 3 622 489 test aparılıb.

BAKU.WS