SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda bu gün 38 889 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 208 074, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 313 364, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 894 710 nəfər təşkil edir.

BAKU.WS