SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeni sənəd tətbiq olunur, COVID pasportu. Bu pasport iki sertifikatdan ibarət olacaq. Hər iki sənədin adı COVID pasportu kimi təqdim olunur".

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, birinci sertifikat peyvəndləşmə sertifikatıdır: "İki peyvənd vurulan vətəndaşlara "e-gov.az" portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata bütün vətəndaşların "e-tabib" tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda "e-gov.az" vasitəsilə onu çap edib özündə saxlaya bilər.

Hər iki sertifikatın üzərində "QR" kod mövcuddur. Bununla elektron yoxlanılma mümkündür.

İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış şəxslərə tətbiq olunur. Çünki onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur və immunitet sertifikatı da COVID pasportu kimi qəbul olunur".

BAKU.WS