VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının artması ilə bağlı fikirlər səslənirdi. Bu sual hər kəsi narahat edirdi”.

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu qərar ölkədəki yoluxma səviyyəsindən asılı olaraq veriləcək.

“Operativ Qərargahın verəcəyi qərar hamımızdan asılıdır. Bu qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Burada ən önəmli qızıl qayda var. Maska taxmaq, məsafə saxlamaq və təmizliyə əməl etmək”, - deyə Şahmar Mövsümov bildirib.

BAKU.WS