13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib. 6611 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, bu günə qədər isə ümumilikdə 3 458 790 test icra olunub.

BAKU.WS