VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda havaların get-gedə istiləşməsi qarşıdakı həftələrdə çimərlik mövsümünə start verilməsini gündəmə gətirir. Ötən il ölkədə iyunun 15-də çimərlik mövsümünün açıq elan olunmasını nəzərə alsaq, bu il çimərlik mövsümünə start veriləcək tarixin o qədər də uzaqda olmadığı məlum olur.

BAKU.WS xəbər verir ki, ötən ilin təcrübəsi pandemiya dövründə çimərliklərdən istifadə ilə bağlı müəyyən göstərişlərin olmasını göstərdi.

İyunun 1-dən sonra karantin müddətinin uzadılıb və ya ləğv edilməsindən asılı olmayaraq çimərlik və akvaparklara müraciət etmək virusun yayılmasına səbəb ola bilərmi? Bunun üçün ölkədə hansı standartlar və ya qaydalar tətbiq olunacaq?

Ötən gün məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov mətbuata bildirib ki, bu il yay ayları yaxınlaşdıqca dalğalar sönməyə davam edəcək: "Yay müddətində açılmalara imkan verə biləcək reallıqların mövcud olacağı ölkələrdə çimərliklərə və sosial həyatın digər məqamlarına ciddi əngəl qoyulmasına ehtiyac olmayacaq. Digər tərəfdən bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur.

Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyəti qurumları, yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətcə çimərliklərin açılmasına qərar verə bilər. Amma xüsusi qayda və qanunlar çərçivəsində tətbiq olunacaq bu icazələrin davamlılığı üçün cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.

Qeyd edək ki, ötən il çimərlik mövsümünə start verilən vaxt Azərbaycanda koronavirusa yoluxanlar 400-dən aşağı olub. Həmin vaxt ölkədə çimərlik mövsümü ilə əlaqədar TƏBİB tərəfindən metodik göstərişlər hazırlanmışdı. Bu günlərdə yoluxmanın ötən ilin may və iyun ayları ilə müqayisədə eyni sayda olduğunu nəzərə alsaq, bu il də oxşar məhdudiyyət və qaydaların tətbiq olunacağı gözlənilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çimərlik və su istirahət mərkəzlərində koronavirus pandemiyasının (COVID-19) proflaktikasına dair metodik göstərişlərini təqdim edirik:

  • Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;
  • Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;
  • Fiziki məsafənin qorunması məqsədilə təmin edilir:
  1. Çətirlərin oxlarının arasında minimal məsafə 4m;
  2. İnsanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);
  3. Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.
  • Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;
  • Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;
  • Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;
  • Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;
    Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
  • Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması;
  • İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
  • Növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
  • Qapalı zalların və otaqların mütəmadi havalandırılması;
  • İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;
  • Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;
  • Vətəndaşların səhhətində yaranan problemləri (COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) tibb
    məntəqəsinin əməkdaşlarına bildirməsi.

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

  • Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
  • Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
  • Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;
  • Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

  • İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
  • Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
  • Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
  • Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
  • Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;
  • Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
  • Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

  • Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
  • Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
  • Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
  • Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
  • Vətəndaşların toxunduğu səthlər (spirt tərkibli məhlul və ya digər);
  • Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
  • Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
  • Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
  • Anbarlar (xlor tərkibli məhlul və ya digər);
  • Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
  • Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
  • Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenası

  • Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.

İşçi heyətin tibbi maskalardan ümumi istifadə qaydaları:

  • Qapalı məkanlarda maskanın istifadəsi məcburidir;
  • Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;
  • İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;
  • Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
  • Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
  • Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir.
Orxan Hüseyn
BAKU.WS