VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.

BAKU.WS