Bir gündə Azərbaycanda koronavirusa yoluxanların sayı 2100-ü ötdü

17
apr
2021
16:43
Azərbaycanda koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BAKU.WS-ə...