Azərbaycanda uşaq bağçası bağlandı, 4 nəfərdə koronavirus aşkarlandı - FOTO

Azərbaycanda uşaq bağçası bağlandı, 4 nəfərdə koronavirus aşkarlandı - FOTO
Foto
Sosial 161

Tovuz rayonunda Alakol kəndində fəaliyyət göstərən körpələr evi uşaq bağçasının fəaliyyəti dayandırılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, müəssisədə çalışan 4 nəfərdə koronavirus infeksiyası aşkar olunub.

İlkin məlumata görə, tərbiyə müəssisəsində işləyən 1 tibb bacısı, 1 müəllimə, aşpaz və xadimədə virus aşkar olunub.

Uşaq bağçasının fəaliyyəti 14 günlük müddətə dayanıb.

Son xəbərlər