SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 4 160, hazırkı dövrədək isə 2 506 005 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib, aktiv xəstə sayı 2 254 nəfərdir.

BAKU.WS