Bakıda polis gizli işləyən kafedə əməliyyat keçirdi - 17 nəfər saxlanıldı - VİDEO

Bakıda polis gizli işləyən kafedə əməliyyat keçirdi - 17 nəfər saxlanıldı - VİDEO
Foto Video
Sosial 480

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Son xəbərlər